Ağcabədidə bədii qiraət müsabiqəsinə yekun vurulub
Ağcabədi, 7 may, AZƏRTAC
Ağcabədidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə məktəblilər arasında keçirilən bədii qiraət müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatında keçirilən müsabiqədə məktəblilər diksiya, düzgün tələffüz, obrazlı ifa kimi meyarlar üzrə bacarıqlarını nümayiş etdiriblər. Münsiflər heyətinin qərarına əsasən Ağcabədi şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Çovğun Qasımov birinci, Salmanbəyli kənd tam orta məktəbin şagirdi Rəşadət Həsənov ikinci, Təzəkənd kənd tam orta məktəbin şagirdi Əlvan Əsgərli və Qiyaməddinli kənd tam orta məktəbin şagirdi Kəklik Həsənova üçüncü yerə layiq görülüb.
Müsabiqənin qalibləri YAP-ın fəxri fərmanı və hədiyyələrlə mükafatlandırılacaq.