Ağcabədidə çətənə bitkisi yetişdirən şəxslər saxlanılıblar
Bakı, 3 avqust, AZƏRTAC
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Hindarx qəsəbə sakinləri E. Atalıyev və A. Mirzəyeva daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. E.Atalıyevin yaşadığı ünvana baxış keçirilən zaman həyətindən 14 ədəd çətənə kolu və A.Mirzəyevanın isə həyətyanı sahəsinə baxış keçirilən zaman oradan da aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.