Ağdamın daha iki kəndində açıq ərazilərdə yanğın başlayıb – YENİLƏNİB VİDEO
Ağdam, 29 iyul, AZƏRTAC
Ağdam rayonunun işğaldan azad olunmuş Baş Qərvənd və Cəvahirli kəndlərinin açıq ərazilərində yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
14:21
Ötən gün Ağdam rayonunun Mərzili kəndi ərazisində başlayan yanğın Bağbanlar, Saybalı, İsmayılbəyli və Pirzadlı kəndləri istiqamətində genişlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Ərazilərin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Müxbir - Tahir Ağaməmmədov