CƏMİYYƏT
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib
Bakı, 4 avqust, AZƏRTAC
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov avqustun 4-də 82 yaşında vəfat edib.
Zəngin həyat yolu keçmiş Fəttah Heydərov 1938-ci ildə Naxçıvanda anadan olub. Muxtar Respublikanın partiya və hökumət orqanlarında bir sıra rəhbər vəzifələrdə çalışıb. Müxtəlif vaxtlarda Naxçıvan MSSR-in Əhaliyə Məişət Xidməti və Mədəniyyət naziri vəzifələrində işləyib.
1995-2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Fəttah Heydərov Azərbaycanın ictimai-siyasi həyatında daim yaxından iştirak edir, prinsipial vətəndaş mövqeyi ilə seçilirdi.
AZƏRTAC-ın kollektivi görkəmli ictimai-siyasi xadim Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [17:38]
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
- 03.05.2024 [17:12]
Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar
- 03.05.2024 [16:47]