Ağstafada kikboksinq üzrə açıq birincilik keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Ağstafa rayonunda Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş kikboksinq üzrə açıq birincilik keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 13 rayondan 225 idmançı iştirak edib.
Yekun nəticələrə görə, ilk üçlükdə Gəncə, Samux və Bərdə komandaları qərarlaşıblar.
Qalib komandalara fəxri fərman, diplom və medallar təqdim olunub.