AĞSUDA HEYDƏR ƏLİYEV SEYRƏNGAHI SALINIR
Ağsu Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi münasibətilə 2 hektarlıq ərazidə seyrəngah salınır. Bu istirahət kompleksi Bakı-Şamaxı-Yevlax magistral yolunun kənarında Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə dağ yamacında salınır.
Burada gəzinti cığırları, kölgəliklər, çayxana, kafe, fəvvarə olacaq, 500-dən çox şam, iydə ağacları, habelə minlərlə gül kolu əkiləcəkdir. Seyrəngah müasir işıqlandırma sistemi, suvarma kəmərləri ilə təmin olunacaqdır.
Layihə müəllifləri seyrəngahda insanların rahatlığı və xoş istirahəti üçün bütün lazımi şərait yaradılmasını, habelə ərazinin memarlıq gözəlliyini diqqət mərkəzində saxlamışlar.
Ulu öndərimizin adını daşıyacaq seyrəngah bu ilin sonuncu rübündə istifadəyə veriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]