CƏMİYYƏT
Ağsuda vətəndaşsızlıq hallarının aradan qaldırılmasına dair tədbir keçirilib
![](/files/galleryphoto/2022/1/1200x630/16464933961289242668_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464933962994041396_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464933962843235584_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464933962263951343_1200x630.jpg)
Bakı, 5 mart, AZƏRTAC
Vətəndaşsızlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən tədbirlər davam etdirilir.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə növbəti tədbir Ağsuda təşkil olunub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun rəhbərliyi ilə Ağsu regional miqrasiya idarəsinin əhatə etdiyi ərazilərdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə görüş keçirilib. Görüşdə vətəndaşsızlıq vəziyyətində olan şəxslərin problemlərinin həlli məsələləri müzakirə edilib, müvafiq tövsiyələr verilib.
Sonda Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisində yaşayan və vətəndaşsızlıq vəziyyətində olan 26 nəfərin sənədləşdirilməsi ilə bağlı sənəd qəbulu təşkil edilib.