Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycanın iki yeniyetmə boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Nihat Qasımov 48 kiloqram çəki dərəcəsində Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Səftər Məmmədzadə (+80 kiloqram) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.
Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]