Kriştiano Ronaldo Avropa çempionatlarında yeni rekorda imza atıb
Bakı, 28 iyun, AZƏRTAC
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo Avropa çempionatlarında daha bir rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı hücumçunun ilk dəfə çıxış etdiyi Avro-2004-dəki birinci oyunu ilə Avro-2024-dəki son matçı arasında 20 il 14 gün fərq var.
Ulduz futbolçu bu göstərici ilə Almaniya yığmasının əfsanəvi oyunçusu Lotar Matteusu (20 il 6 gün) geridə qoyub. Onları digər portuqaliyalı Pepe və xorvatiyalı Luka Modriç izləyirlər. Həmin futbolçularda bu fərq 16 ilə yaxındır.
Qeyd edək ki, Portuqaliya seçməsi turnirdə mübarizəni davam etdirdikcə, Kriştiano Ronaldo öz rekordunu daha da yaxşılaşdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]