Avropa İttifaqının yeni rəhbərləri ilə bağlı razılaşma əldə olunub
Bakı, 28 iyun, AZƏRTAC
Belçikanın paytaxtı Avropa İttifaqının (Aİ) ikigünlük sammitinə ev sahibliyi edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sammitdə aparılan danışıqlar nəticəsində Aİ-nin 27 dövlətinin liderləri qeyri-rəsmi olaraq Avropa Komissiyasının, Avropa Şurasının və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin təyin olunması ilə bağlı razılıq əldə ediblər.
Beləliklə, Aİ liderləri Ursula Fon der Lyayenin (Almaniya) ikinci dəfə Avropa Komissiyasının Prezidenti, Antonio Kostanın (Portuqaliya) Avropa Şurasının yeni rəhbəri, Kaya Kallasın (Estoniya) isə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi təyinatını razılaşdırıblar.
Sammitin ilk günündən sonra keçirilən mətbuat konfransında Estoniyanın hazırkı Baş naziri Kaya Kallas deyib: “Biz əla komanda yaradacağıq”.
Lissabon şəhərindən canlı yayımda çıxış edən Portuqaliyanın sabiq Baş naziri Antonio Kosta, digər həmkarları ilə birlikdə komandanın bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib.
”Paket” adlanan kadr sövdələşməsinin Aİ liderlərinin əksəriyyəti tərəfindən təsdiqlənməsinə baxmayaraq, Fon der Lyayen Avropa Parlamentinin təsdiqi problemi ilə üzləşir. İkinci dəfə Avropa Komissiyasının rəhbəri olmaq üçün ona AP-nin yeni tərkibində səs çoxluğu (720 deputat) lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]