Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Konfederasiyadan AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən iclası giriş sözü ilə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib.

İclasda AHİK-in “Azərbaycan Həmkarlar İttifaqları - 115 il” yubiley döş nişanının təsis olunması və əsasnaməsi haqqında məlumat verilərək bildirilib ki, yubiley döş nişanı AHİK-in İcraiyyə Komitəsi tərəfindən təsis edilir. Yubiley döş nişanı ilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə həmkarlar ittifaqı işçiləri, həmkarlar ittifaqı fəalları, dövlət, ictimai xadimlər, beynəlxalq həmkarlar ittifaqı hərəkatının fəalları və başqaları təltif olunurlar.

İclasda “İşəgötürən tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər haqqında” çıxış dinlənilib. Qeyd olunub ki, son dövrlər ölkəmizdə sahibkarlar cəmiyyətin güclü bir hissəsi kimi formalaşıb və kifayət qədər resurslara malikdirlər. Əməkçilərin sosial məsələlərinin həllində, xüsusən işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılmasında sahibkarların iştirak imkanları ilbəil artır.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına uyğun olaraq işçi qüvvəsinə çəkilən xərclər on əsas qruplar üzrə xərclərdən ibarətdir. Onların sırasında əməkhaqqı fondu və sosial ehtiyacların ödənilməsi, işçilərin yaşayış yeri ilə təminatı, peşə təhsili və mədəni-məişət xidmətlərin göstərilməsi ilə bağlı əlavə xərclər, sosial sığorta üzrə kollektiv şəkildə qəbul edilmiş konkret və könüllü üzvlük haqları, sosial müavinətlər, ezamiyyə xərcləri və işçi qüvvəsindən istifadə edilməsi ilə bağlı vergilər vardır.

Müəssisə və təşkilatlar tərəfindən işçi qüvvəsinə çəkilən xərclərin səviyyəsi iqtisadi fəaliyyət növündən asılı olaraq xeyli fərqlənir. Belə ki, muzdlu işçilərin saxlanılmasına çəkilən ən yüksək xərclər mədənçıxarma, maliyyə və sığorta fəaliyyətinin, informasiya, rabitə və tikinti ilə məşğul olan təşkilatlarda, ən aşağı isə ticarət, istehlak texnikasının təmiri, mehmanxana və restoranlarda qeyd olunur və əksər hallarda əməkhaqqının səviyyəsi ilə bağlıdır.

İşçi qüvvəsinin saxlanılmasına çəkilən xərclər həmkarlar ittifaqlarının siyasətində daimi yer tutan məsələlərdən biridir. Ölkəmizdə dövlət tərəfindən həyata keçirilən sosial-iqtisadi yardım tədbirləri işçi qüvvəsinə sərf olunan xərclərin səviyyəsinin azalmaması və strukturun pisləşməməsinə imkan yaradır. Odur ki, işəgötürənlərlə kollektiv danışıqlar aparılarkən və kollektiv müqavilələr bağlanarkən işçi qüvvəsinə çəkilən xərclərin dəyəri, onun ümumi xərclərdə payının artırılması, əmək haqqında tarif payının artırılması, həvəsləndirmə sisteminin inkişafı, eyni zamanda, əməkhaqqı fonduna daxil edilməyən xərclər üçün, xüsusilə də işçi qüvvəsinin keyfiyyətinin artırılması məqsədini daşıyan vəsaitlərin ayrılması məsələləri COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsirinə baxmayaraq, öz yerini tapmalıdır.

Əməkçilərin sosial-əmək hüquqlarının məhdudlaşdırılması və layiqli əmək prinsiplərinə etinasızlıq göstərilməsi üçün pandemiya ilə bağlı çətinliklər bəhanə olmamalıdır.

İclasda müzakirə olunan məsələyə münasibət bildirən AHİK sədri diqqətə çatdırıb ki, sözügedən məsələnin daha da geniş şəkildə həyata keçirilməsi məqsədilə Əmək və Sosial Münasibətlər Akademiyasında istər həmkarlar ittifaqı respublika komitələrinin rəhbər işçiləri, istərsə də ilk təşkilatların sədrləri üçün müxtəlif müddətli kurslar təşkil edilməli, müəssisə və təşkilatların həmkarlar ittifaqı komitələri ilə görüşlər keçirilməlidir. Həmin kurslara ayrı-ayrı nazirliklərin əməkdaşları, mütəxəssisləri dəvət olunmalıdır. Sahə nazirlikləri ilə kollektiv müqavilələr bağlanarkən əmək kollektivlərinin iştirakı təmin edilməli, işçilərin sosial-məişət problemləri, əməkhaqqı və digər məsələlər başlıca yer tutmalıdır. İşçilərin əmək hüquqlarının qorunmasında, əsassız işdən çıxarılma hallarına yol verilməməsində və s. məsələlərdə həmkarlar ittifaqı təşkilatlarının mövqeyi həlledici olmalıdır. Bunun üçün isə müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının kollektiv üzvləri tərəfindən seçilməsi mühüm şərtlərdəndir. Mövcud pandemiya şəraitində, sərt karantin dövründə həmkarlar ittifaqlarının fəaliyyətinin əsas istiqaməti işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi olmalıdır.

AHİK sədri daha sonra Vətən müharibəsindən sonrakı dövrdə həmkarlar ittifaqları üzvlərinin qarşısında duran vəzifələrdən danışıb. Qeyd edib ki, qarşıda işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq abadlıq-quruculuq işlərində həmkarlar ittifaqlarının da görəcəyi işlər çoxdur. Rayonların, kəndlərin bərpa olunmasında, kommunikasiyaların qurulmasında, yollar salınmasında, sosial obyektlərin, tikintisində və s. sahələrdə yaxından iştirak etmək hamımızın vətəndaşlıq borcu, vəzifə borcudur. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsi dövründə Azərbaycan həmkarlar ittifaqları ayrı-ayrı fondlara 10 milyon manatdan artıq vəsait keçirmiş, maddi yardımlar göstərmişdir. Biz bu işlərimizi bundan sonra da davam etdirəcək, həmişə xalqımızın, ordumuzun, Ali Baş Komandanımızın yanında olacağıq.

AHİK İcraiyyə Komitəsinin iclasında Qarabağ Dirçəliş Fonduna əlavə vəsait ayrılması haqqında qərar qəbul edilmiş, bir sıra digər cari məsələlərin də müzakirəsi aparılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar