Aİ Gürcüstanın müdafiə sektorunun dəstəklənməsinə 30 milyon avro ayıracaq
Tbilisi, 4 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Gürcüstanın müdafiə sektorunun dəstəklənməsi məqsədilə növbəti yardım paketini təsdiqləyib. Bu dəfə Aİ Gürcüstana 30 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. Bildirilir ki, Avropa Sülh Fondu çərçivəsində ayrılmış yardım Gürcüstanın milli təhlükəsizliyinin gücləndirilməsinə, müdafiə sektorunun sabitliyinin və dözümlülüyünün dəstəklənməsinə yönəldiləcək.
Gürcüstan ayrılacaq 30 milyon avro üçillik dövrü əhatə edəcək. Vəsait müdafiə xarakterli texniki vasitələrin alınmasına, tədarüklərin və xidmətlərin maliyyələşdirilməsinə, ehtiyac duyulduğu təqdirdə texniki təlimlərin keçilməsinə sərf ediləcək. Bu sıraya mühəndis, komanda və nəzarət, tibbi, logistika və kiber müdafiə vasitələri daxildir.
Avropa İttifaqı bundan əvvəl Gürcüstana 2022-ci ildə 20 milyon avro, 2021-ci ildə isə 12,75 milyon avro yardım ayırmışdı.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]