ELM VƏ TƏHSİL
Aİ ölkələrində mühafizə olunan coğrafi göstəricilərin siyahısı Əqli Mülkiyyət Agentliyinin rəsmi bülletenində dərc edilib
Bakı, 2 may, AZƏRTAC
Avropa İttifaqı ölkələrinin ərazilərində mühafizə olunan 3358 adda coğrafi göstəricinin siyahısı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin “Sənaye mülkiyyəti” rəsmi bülleteninin 2019-cu il 2-ci nömrəsində dərc edilib.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, siyahı, həmçinin Mərkəzin rəsmi www.patent.gov.az saytının “Dərclər” və “Coğrafi göstəricilər” bölmələrində yerləşdirilib.
Qeyd edilən coğrafi göstəricilər barədə ətraflı məlumat almaq və ya bununla əlaqədar hər hansı məsələ ilə bağlı Mərkəzin beynəlxalq əmtəə nişanlarının ekspertizası sektorunun müdiri vəzifəsini icra edən Anar Hüseynovla əlaqə saxlamaq olar (telefon (+99412) 4498489 (dax: 160), mobil: 055 7825243).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [18:16]
ALMA rəsədxanasının nümayəndələri BDU-da
- 22.05.2024 [17:53]
BANM-də “Addım at” forumu keçirilib
- 22.05.2024 [17:27]
İsmayıl Şıxlının əsərləri Türkiyə türkcəsində
- 22.05.2024 [16:55]