Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatlarının direktorları, elmi katibləri, həmçinin tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Əvvəlcə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə bir sıra şəxslərə “Əmək veteranı vəsiqəsi” təqdim edilib.

İclasda müzakirə olunan ilk məsələ AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyasına və Naxçıvan Muxtar Respublikasına səfərinin təşkili və səfər çərçivəsində tədbirlərin keçirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli xatırladıb ki, 29 noyabr 2023-cü il tarixində keçirilən AMEA-nın ümumi yığıncağında Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Səncərə Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, səfər çərçivəsində AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclasında Əziz Səncərin “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda məruzəsi dinləniləcək və bu, Akademiya tarixində Nobel mükafatı laureatı ilə keçirilmiş nadir görüşlərdən biri olacaq. Həmçinin vurğulayıb ki, Əziz Səncərin ölkəmizə səfər edəcəyi ilə bağlı məlumat ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanıb və bir çox ictimai-siyasi xadim alimlə keçiriləcək görüşdə iştirak barədə niyyətlərini bildiriblər.

AMEA rəhbəri qeyd edib ki, Əziz Səncərin ölkəmizə səfəri dövlət başçısının Türk dünyası ilə əlaqələrin genişləndirilməsi və prioritet istiqamətlərdən birinə çevrilməsi ilə bağlı siyasətinə tam uyğundur və bu yöndə akademiyada həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

İclasda, həmçinin Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allahverdi Aşirovun Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin təşkili haqqında məsələ də müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki, Bakıda keçiriləcək Türkmənistan Mədəniyyət Günləri çərçivəsində bu ölkənin bir sıra ictimai-siyasi xadimləri Azərbaycana səfər edəcək və bu istiqamətdə Allahverdi Aşirov da AMEA-nın qonağı olacaq.

Akademik qeyd edib ki, professor Allahverdi Aşirovla Rəyasət Heyətində, Akademiyanın elmi müəssisələrində görüşlər təşkil olunacaq və onun iştirakı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhdimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılış mərasimi və “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti tərəfindən professor Allahverdi Aşirovun səfərinin yüksək səviyyədə təşkili barədə müvafiq qərar qəbul olunub.

Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə mayın 23-24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfransın və rəsm sərgisinin yüksək səviyyədə təşkili haqqında qərar qəbul edilib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə birgə arxeoloji turizmə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli ötən il AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olduğunu xatırladıb. Qeyd edib ki, arxeoloji tədqiqatlar Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən aparılıb. AMEA rəhbəri bu əməkdaşlığın səmərəli olduğunu və ölkəmizin zəngin və qədim tarixinin təbliğində mühüm əhəmiyyət daşıdığını söyləyib.

Sonra Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Dövlət Turizm Agentliyi ilə birgə həyata keçirdikləri layihələr və konfransa hazırlıq, eləcə də iştirak edəcək ölkələrin alimləri haqqında məlumat verib. Bundan əlavə, tədqiq olunan arxeoloji abidələrin 3D kataloqlarının yaradılmasına başlandığını deyib və elektron arxeologiya istiqamətində həyata keçirilən işləri nəzərə çatdırıb.

AMEA Rəyasət Heyəti tərəfindən Dövlət Turizm Agentliyi ilə birgə keçiriləcək beynəlxalq elmi konfransın yüksək səviyyədə təşkili barədə qərar qəbul olunub.

İclasda müzakirə olunan növbəti məsələ III Türk Dünyası Ədəbiyyatı və Kitab Festivalında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, festival mayın 24-31-də Elmlər Akademiyasının parkında keçiriləcək və bu dəfə Şimali Kipr Türk Respublikasının da iştirakı ilə 8 gün baş tutacaq. Festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr ediləcək.

Daha sonra AYB-in mətbuat katibi, layihənin rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın proqramı haqqında danışıb, Türk dövlətlərindən tanınmış alimlərin, şairlərin, naşirlərin festivalda iştirak edəcəyini, şeir saatlarının, müzakirələrin, kitab təqdimatlarının baş tutacağını bildirib.

AMEA Rəyasət Heyəti tərəfindən Akademiyanın festivalda yüksək səviyyədə iştirakı barədə qərar qəbul olunub.

Bundan əlavə, görkəmli türkman alimi Əta Tərzibaşının 100 illik yubileyi ilə bağlı məsələ də müzakirə edilib.

İclasda, həmçinin Abbasqulu Ağa Bakıxanovun 230, akademik Məmməd Arif Dadaşzadənin isə 120 illik yubileyinin keçirilməsi haqqında qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Muxtar İmanov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, tanınmış kərküklü tədqiqatçı, şair və yazıçı Şəmsəddin Kuzəçi və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

FHN: Xırdalandakı yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim