Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik: İranda bəzi dairələr İslam dinindən yalnız şəxsi məqsədləri üçün istifadə edirlər

Akademik: İranda bəzi dairələr İslam dinindən yalnız şəxsi məqsədləri üçün istifadə edirlər

Bakı, 3 fevral, AZƏRTAC

İranda son zamanlar baş verən hadisələr, xüsusən də Azərbaycan Respublikasının Tehrandakı səfirliyində həyata keçirilən terror aktı bir daha “islam” pərdəsi altında gizlənmiş bu qonşu dövlətin iç üzünü bütün dünyaya bəyan etdi. Bu gün İranda İslam dəyərlərinə və “Qurani-Kərim”in tələblərinə yanaşma sırf simvolik xarakter daşıyır. Təəssüf ki, bu ölkədə bəzi dairələr İslam dinindən yalnız öz şəxsi məqsədləri üçün istifadə edirlər. İranda insan azadlığı və insan hüquqları “islam” pərdəsi altında tapdalanır. XXI əsrdə qadınları şallaqlayan, daş-qalaq edən, dar ağacından asan dairələr hansı insan hüquqlarından danışır? Ailə, məişət, əxlaq və davranış məsələlərində zorakılıq və haqsızlıq hökm sürür.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva bildirib. G.Baxşəliyeva qeyd edib ki, İran konstitusiyasında insanlara verilmiş yarımçıq hüquqlar belə onların əlindən alınır. Konstitusiyada bərabərlikdən, insan hüquqlarından, insan azadlıqlarından bəhs olunduğu halda, əməldə onlara riayət olunmur. İslam dininin əsasını sülhə, əmin-amanlığa, haqqa, mərhəmətə çağırış təşkil edir. Ancaq bunların heç birinə riayət edilmir. İranda yaşayan onlarla xalqa öz dilində yazıb-oxumaq, məktəbə getmək hüququ verən, millətlərin bərabərliyini təsbit edən 15-ci və 19-cu maddələrin icrasına yol verilmir. Allahın verdiyi ana dilində təhsil almaq hüququ hər bir insanın əzəli haqqıdır. Özünü Azərbaycanın “dostu” və “din qardaşı” adlandıran İran Azərbaycanın ərazi bütövlüyünü “tanısa” da, İslam Konfransı Təşkilatı və onun Parlament İttifaqında təcavüzkar Ermənistanı qınayan, Azərbaycanın işğal olunmuş ərazilərində müqəddəs İslam abidələrinin və məscidlərinin dağıdılmasını pisləyən, üzv dövlətləri işğalçı Ermənistanla bütün əlaqələri kəsməyə çağıran qərar və qətnamələrə səs verdiyi halda, həqiqətdə daim Ermənistana hərtərəfli dəstək verir, ərzaqdan tutmuş neft və qaza qədər, hər növ silahdan tutmuş informasiya dəstəyinə qədər bütün zəruri tələblərlə təmin edir.

Akademik qeyd edib ki, son 30 ildə bu iki dövlət arasında salınmış körpülər, yollar, tunellər təcavüzkar dövlətə mərhəmət və qayğının misalıdır. İranın statistikasında da rəsmən göstərilir ki, İran-Ermənistan ticarət dövriyyəsi ilbəil artır. Ulu Öndər Heydər Əliyev vaxtilə Şərqi Azərbaycan ostanının valisini qəbul edərkən dediyi sözlər İranın Ermənistana necə dəstək verdiyinə gözəl misaldır. O, Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın “Əgər İran bircə həftə bizə ərzaq göndərməsə İrəvan acından ölər”, - etirafını xatırlatmışdı. Qəribə də olsa, İranın istər İslam inqilabından əvvəl, istərsə də sonra elmi, ictimai fikrində, kütləvi informasiya vasitələrində sovet Azərbaycanı, sonra Azərbaycan Respublikası terminlərini işlətməkdən, demək olar ki, imtina edilir, müxtəlif yanlış ifadələrə üstünlük verilir: Qafqaz, Cənubi Qafqaz, Aran, Arazın Şimalı, Azərbaycan əvəzinə Bakı, azərbaycanlılar əvəzinə müsəlmanlar və s. Millətçi ziyalı iranlılar sanki Azərbaycan Respublikası terminini işlətməməklə müstəqil Azərbaycan dövlətinin mövcud olmadığına özlərini inandırmaq istəyirlər. Həqiqət isə bundan ibarətdir ki, İran KİV-nin məqalələrində və qərəzli elmi araşdırmalarda “Azərbaycan Respublikası” ifadəsinə qısqanclıqla yanaşılsa da, iranlılar belə bir dövlətin mövcud olduğunu, daim inkişaf etdiyi və qüdrətləndiyini yaxşı bilirlər. 44 günlük II Qarabağ müharibəsində Azərbaycanın Zəfəri də İran dövlətinin Azərbaycan Respublikasına qarşı qısqanclığını daha da artırdı. Məhz Azərbaycan Respublikasının artan qüdrəti və nüfuzunu gözü götürməyənlər onun İranla münasibətlərini gərginləşdirmək yolunda hər təxribata əl atırlar. Tehrandakı səfirliyimizdəki terror aktı da buna bariz misaldır. Bu hadisə terrorun İranın dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha göstərdi. Hadisə zamanı səfirliyin qarşısında duran İran polisinin fəaliyyətsizliyi və terrorçunun onun qarşısından çox arxayın, hətta müəyyən əlaqənin olduğunu bildirən işarəni göstərərək keçməsi, səfirliyə hücumun davam etdiyi az olmayan müddətdə də İran polislərinin heç bir müdaxiləsinin olmaması bu ölkənin rəsmilərinin “ailə münaqişəsi” donu geyindirmək istədikləri hücumun terror aktı olduğunu təsdiqləyir.

“İran dövlətinin tək Azərbaycan Respublikasına deyil, eləcə də milliyyətcə Azərbaycan türkü olan öz vətəndaşlarına qarşı dözülməz münasibətini də bu günlərdə Cənubi Azərbaycanda baş verən zəlzələdən sonra onlara nəinki yardım etməməsi, hətta yardımlara mane olması faktları da açıq-aşkar nümayiş etdirir. İstər səfirliyimizə qarşı terror hücumunu, istərsə də soydaşlarımıza qarşı dözülməz münasibəti qəti şəkildə qınayırıq”, - deyə G.Baxşəliyeva bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib