ALBANİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALFRED MOİSİUYA
Hörmətli cənab Prezident,
Albaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, Azərbaycan-Albaniya münasibətlərinin inkişafı bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 15 noyabr 2006-cı il.