SİYASƏT
Aleksey Mitrofanov: Moskvanın hakimiyyət orqanları diasporun nüfuzlu nümayəndələri ilə daim dialoq aparmalıdırlar
Moskva, 18 oktyabr (AZƏRTAC). Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədri Aleksey Mitrofanov AZƏRTAC-a müsahibəsində Moskvanın Biryulevo rayonunda hadisələrlə əlaqədar yaranmış vəziyyəti şərh etmişdir. Rusiya siyasətçisi bildirmişdir ki, vəziyyəti şəhər rəhbərliyi qaydaya salmalıdır. O demişdir: “Daimi dialoq sistemi yoxdur. Şəhər rəhbərləri diasporun nüfuzlu nümayəndələri ilə siyasi səviyyədə, qərarların qəbul edilməsi səviyyəsində daim dialoq aparmalıdırlar”. A.Mitrofanovun fikrincə, viza rejimi tətbiq etməklə bütün məsələləri həll etmək mümkün deyildir. Deputat demişdir: “Məgər bizim problemimiz təkcə əcnəbi vətəndaşlarla bağlıdır? Pasportu olmayanlarla bağlıdır? Rusiya vətəndaşlığı olan adamlarla bağlı da problemlər var. Daha ciddi və dərin problem”.
Fəridə Abdullayeva
AzərtAc-ın xüsusi müxbiri
Moskva