ALİMLƏR BUZLAQ DÖVRÜNDƏN QALMIŞ MİLÇƏK TAPMIŞLAR
“Ectaetia christii” adlı qara milçək entomoloqların əsas kəşfi sayılmışdır. Alimlərin dediklərinə görə, o, Buzlaq dövründə yıxılmış ağacın qabığında min illərlə qalmışdır. Həşəratı tapan Şotlandiya Milli Muzeyinin əməkdaşı Qrehem Roterey demişdir: “Bu, Şotlandiyada min illərlə yatıb qalan Arktika müxtəlifliyinin əla vəziyyətdə hifz olunmuş nümunəsidir. Belə milçək bu yaxınlarda Norveçdə də tapılmışdır”.
Alimlərin sözlərinə görə, yaxınlıqda tapılan “Greagdhubhia mallochorum” adlı göbələk ağcaqanadı insanları sancmır, ölü ağac göbələkləri ilə qidalanırmış.
Təbiət tarixi muzeyinin əməkdaşı Stüart Hayn demişdir: “Böyük Britaniyanın faunası artıq çoxdan diqqətlə öyrənildiyi üçün bu tapıntıların böyük əhəmiyyəti var. Belə sensasiyalı tapıntıların bilavasitə bir-birinin yaxınlığında aşkar olunacağı heç kəsin ağlına gəlməzdi. Böyük Britaniyada hələ tədqiq olunmamış növlərin qaldığı təəccüb doğurur”.
Bu yaxınlarda “Cairngorms təbiəti” kitabı çapdan çıxmış və bütün entomolosi kəşflər burada əksini tapmışdır. Kitabın şərikli müəllifi Des Tompson hesab edir ki, həmin tapıntılar Britaniya təbiətinin nadirliyini təsdiq edir. O demişdir: “Britaniyadan başqa, heç bir yerdə siz vəhşi təbiətin məhdud bölgədə bu qədər müxtəlifliyinı görə bilməzsiniz”.