ALLAHIN ADI İLƏ!
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.
Mən cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar Cənabınıza və qardaş, qonşu Azərbaycan xalqına başsağlığı verir, Sizə böyük Allahdan cansağlığı və uğurlar diləyirəm.
Seyid Məhəmməd Xatəmi
İran İslam Respublikasının Prezidenti
13 dekabr 2003-cü il