RƏSMİ XRONİKA
ALMANİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KRİSTİAN VULFA
Hörmətli cənab Prezident,
Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Almaniya münasibətləri bu gün dinamik inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığı əlaqələrimizin hərtərəfli genişlənməsi üçün yaxşı zəmin yaratmışdır.
Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir çox sahələrdə səmərəli iş birliyimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2010-cu il.