ALMANİYA İLƏ AZƏRBAYCAN ARASINDA MƏDƏNİYYƏT VƏ TƏHSİL SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Mədəniyyət, elm və təhsil sahəsində Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri mədəni əməkdaşlığa dair birgə komissiyanın növbəti iclasında müzakirə olunmuşdur.
Almaniyanın Drezden şəhərində ölkəmizin mədəniyyət və təhsil nazirləri müavinlərinin daxil olduğu nümayəndə heyəti ilə Almaniya XİN-in səfiri xanım Fon Halem başda olmaqla bu ölkənin hökumət qurumlarının təmsilçiləri arasında ətraflı fikir mübadiləsi olmuş, 1995-ci ildə Bakıda bağlanmış mədəni əməkdaşlıq haqqında saziş əsasında yeni protokol imzalanmışdır.
Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirən tərəflər bunu elm və təhsil sahələrində də inkişaf etdirməyin zəruriliyini vurğulamışlar. Nümayəndə heyəti azərbaycanşünaslıq və şərqşünaslıq sahələrində ixtisaslaşan alman tələbələrinin təhsil alması üçün ölkəmizin hər cür şərait yaratmağa hazır olduğunu bildirmişdir. Almaniya tərəfi isə Azərbaycan tələbələri və alimləri üçün qrantlar ayrılmasının zəruriliyini vurğulayaraq, Almaniya Akademik Mübadilə Xidmətinin Bakıdakı fəaliyyətini xüsusi dəyərləndirmişdir.
İclasda Aleksandr Humboldt Fondunun ölkəmizə yardım göstərməsi, orta və ali məktəblərimizdə alman dili müəllimlərinə təqaüdlər ayrılmasına dair Höte institutu proqramları haqqında məsələlərə də toxunulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:49]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]