İDMAN
Almaniya Olimpiya Komitəsinin sədri: Azərbaycan ilk Avropa Oyunlarını milli prioritet səviyyəsində qeyd edir
Bakı, 12 iyun, AZƏRTAC
Almaniya Milli Olimpiya Komitəsinin sədri Mixail Vesper “Sport1” telekanalına müsahibəsində iyunun 12-də Bakıda açılışı olacaq birinci Avropa Oyunlarının əhəmiyyətindən danışıb.
AZƏRTAC xəbər verir ki, M.Vesper birinci Avropa Oyunlarına böyük marağın olduğunu bildirərək deyib: “Ev sahibi Azərbaycan ilk Avropa Oyunlarını milli prioritet səviyyəsində bir tədbir kimi qeyd edir və Oyunların uğurlu təşkili üçün mümkün olan hər şeyi edir. Avropada da Oyunlara böyük maraq var. Hər kəs Oyunları həyəcanla gözləyir. Avropa Oyunlarına Olimpiya idman növləri də daxildir. Bizi maraqlı idman mübarizəsi gözləyir”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.sport1.de/europaspiele-2015/2015/06/europaspiele-in-baku-michael-vesper-im-sport1-interview