İDMAN
Almaniya portalı Tofiq Bəhramov adına Respublika Stadionundan reportaj hazırlayıb
![Almaniya portalı Tofiq Bəhramov adına Respublika Stadionundan reportaj hazırlayıb](/files/2015/2/1200x630/14345641255544447986_1200x630.jpg)
Bakı, 17 iyun, AZƏRTAC
Almaniyanın www.abendblatt.de saytı birinci Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionundan reportaj hazırlayıb.
Reportajda deyilir: “İndi bu stadion ilk Avropa Oyunlarının müəyyən idman növlərinə ev sahibliyi edir. Stadionun ətrafında mavi geyimli beynəlxalq media nümayəndələrini görmək mümkündür. Onları Bakının bir çox yerlərində görmək olar. Azərbaycanın paytaxtı Avropa Oyunları günlərində çox hərəkətlidir. Hər kəs bu idman oyunlarının yaratdığı gözəl ab-hava ilə yaşayır”.
Məqalədə Tofiq Bəhramovun 1966-cı ildə idarə etdiyi məşhur matç xatırlanır: “1966-cı ildə Uembley stadionunda onun 98 min azarkeş qarşısında verdiyi qərar futbol tarixinin ən mühüm məqamlarından biridir. İngiltərə Tofiq Bəhramovu hələ də unutmayıb. Çünki həmin oyunda məhz onun verdiyi obyektiv qərarla ingilislər qalib gəldi. Almanlar da onu unutmayıblar. Lakin bu insanın doğru qərar verdiyini tarix də sübut etdi. T.Bəhramov SSRİ dövrünün yeganə hakimlərdən idi ki, beynəlxalq oyunları idarə edirdi”.
Məqalədə stadion barədə məlumat verilərək bildirilir: “Bura Bakının ən gözəl yerlərindən biridir və həmişə turistlərin marağına səbəb olur. İlk Avropa Oyunlarının bəzi yarışlarının burada keçirilməsi də təsadüfi deyil”.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar.