Almaniya qəzeti azərbaycanlı bəstəkar haqqında yazıb
Berlin, 13 iyun, AZƏRTAC
Almaniyanın “Neue Westfälische” qəzetində “Musiqi ansamblı ilk CD diskini təqdim edir” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Almaniyada fəaliyyət göstərən bəstəkar Xədicə Zeynalovanın “Odlar diyarı” Azərbaycandan ilhamlanaraq konsert proqramı hazırladığı və eyniadlı diskinin Ekerdshaym kilsəsində konsert proqramı ilə təqdimatının keçirildiyi vurğulanır.
Məqalədə X.Zeynalovanın bəstəkar və pianoçu olduğu, 12 ildən artıqdır Almaniyanın Detmold şəhərimdə yaşadığı və diskdə əks olunan əsərlərini Azərbaycandan ilham alaraq bəstələdiyi nəzərə çatdırılır. Konsertin 8 hissədən ibarət olduğu, musiqilərin bəstəkara məxsus olan “Bridge of Sound” qrupu tərəfindən ifa edildiyi qeyd olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]