ALMANİYADA LOTO OYUNLARI TARİXİNDƏİKİNCİ ƏN YÜKSƏK UDUŞ QEYDƏ ALINMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyada keçirilən həftəsonu loto oyununda Nordrayn Vestfalen federal əyalətinin sakini 15,6 milyon avro məbləğində uduşun sahibi olmuşdur. Bu, Almaniyada loto oyunları tarixində ikinci rekord məbləğdə uduş kimi qeydə alınmışdır. 15,6 milyon avroya sahib olan oyunçu altı rəqəmi və əlavə super rəqəmi dəqiq müəyyənləşdirmişdir. Digər iki oyunçu altı rəqəmi dəqiq tapsa da, super rəqəmi müəyyən edə bilməmişdir. Onların hər birinin uduşuna 1,7 milyon avro düşmüşdür.
Xatırladaq ki, ötən ilin yanvarında keçirilən loto oyununda bir qadın 20,2 milyon avro udmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]