Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyada oynayan azərbaycanlı futbolçu: Əsas hədəfim Bundesliqada çıxış etməkdir - MÜSAHİBƏ

Almaniyada oynayan azərbaycanlı futbolçu: Əsas hədəfim Bundesliqada çıxış etməkdir - MÜSAHİBƏ

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycanın U-15 yığmasının və Almaniyanın “Herta Zelendorf” klubunun futbolçusu Zeyd Nəsirulla AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Əvvəlcə özünüz barədə məlumat verməyinizi istərdik…

- Mənim 14 yaşım var. Bakıda 276 nömrəli məktəbdə oxumuşam. Altı yaşımda “Vətən” futbol məktəbinə getmişəm. Səkkiz yaşım olarkən “Sabah” komandasına keçmişəm. 2017-ci ildən 2023-cü ilə qədər bu klubun formasını geyinmişəm. “Sabah”da oynadığım müddətdə milli komandaya dəvət almışam və kapitan olmuşam. Hazırda isə Almaniyanın Regionalliqasında çıxış edən “Herta Zelendorf” komandasında oynayıram.

- Futbola marağınız necə yaranıb?

- Atam da futbol fanatıdır. Buna görə də məni uşaq yaşlarımdan topla tanış edib. Mənimlə xüsusi məşğul olurdu. Düşünürəm ki, əziyyətimiz boşa getmədi.

- Bəs, Almaniya klubuna keçidiniz necə baş tutdu?

- Alman futboluna hər zaman xüsusi marağım olub. Amma bu cür ölkələrə köçmək və yaşamaq elə də asan proses deyil. Buna görə də atamla iki dəfə Almaniyaya turist kimi səyahət etdik. Nürnberq və Berlin şəhərlərində olduq. Hər iki səfərdə məqsədimiz alman futbolu ilə daha yaxından tanış olmaq, sistemin necə işlədiyini öyrənmək idi. Baxışda olduğum bütün komandalarda özümü yaxşı tərəfdən göstərə bildim. Klublar məni heyətinə qatmaq istəsə də, qarşımda iki böyük problem dururdu: birincisi, Almaniya ərazisində müvəqqəti və ya daimi yaşadığını təsdiq edən sənəd (oturum), ikincisi isə klubların tələbləri. Bütün klub məşqçiləri mənim çıxışımı bəyənsə də, əvvəlcə daha aşağı liqalarda oynamağımı istəyirdilər. Mənə deyirdilər ki, aşağı liqalarda oynamağa başla, skautlarımız səni götürəcəklər. Amma burada ortaya böyük sual çıxırdı: Biz həmin komandaları necə tapacağıq, tapsaq belə, yoxlanış hansı formada olacaq? Şansa inanmasam da, bir az bəxtim gətirdi. “Herta Zelendorf” komandasındakı məşqçim öz dostunun nömrəsini verdi və hər şeyi bizə başa saldı. Bizə saat neçədə harada olacağımızı bildirdi. Biz də onun dediklərini olduğu kimi etdik. “Raynikendorf Fyüxze” komandasında yoxlama məşqinə çıxdım və artıq 3-5 dəqiqə sonra köməkçi məşqçi atam və qardaşıma yaxınlaşaraq, mənimlə sözləşmə imzalamaq istədiklərini söylədi. Amma yenə də ən böyük problemimiz aradan qalxmamışdı və mən iki gün sonra Azərbaycana qayıtmalı idim. Çünki vizamın vaxtı bitirdi. Təəssüf ki, hər şeyi olduğu kimi qoyub Bakıya gəlməli olduq. Bu mərhələdə nə etməli olduğumuzu fikirləşirdik. Ailəm qərara gəldi ki, sırf mənə görə Almaniyaya köçək. Buna görə valideynlərimə minnətdaram. Əslində riskli qərar idi. Çünki mənim hansı komandada necə oynayacağım müəmmalı idi. Böyük komandalar heç bir oyunçunu ilk baxışdan heyətinə qatmır. Buna baxmayaraq, atam iş vizası aldı və biz Almaniyada yeni həyata başladıq. Təbii ki, ailəm üçün çox çətin oldu. Vətəni tərk edib başqa ölkədə yaşamaq elə də asan deyil. Almaniyaya gəldikdən sonra yenə həmin komandanı tapıb orada cəmi 1 ay oynadım. Daha sonra isə yuxarı liqada çıxış edən “Herta Zelendorf” komandası yeni mövsümün başlamasına təxminən bir ay qalmış mənə təklif göndərdi. Mən isə dəvəti qəbul etdim.

- Maraqlıdır, yeni komandanızda sizi necə qarşıladılar?

- Açığı, azərbaycanlı olduğumu biləndən məni isti qarşıladılar. İndiyə qədər Almaniyadakı liqalarda çox az sayda həmyerlimiz çıxış etdiyi üçün komanda yoldaşlarımın ilk azərbaycanlı tanışları mənəm. Buna görə mən də öz ölkəmi çox gözəl təmsil etməyə çalışıram.

- “Herta Zelendorf” komandasında əsas heyət üzvüsünüz? Ümumiyyətlə, məşqçilərin sizdən gözləntiləri nədir?

- Bəli, demək olar ki, bütün matçlarda tam hissə oynayıram. Azərbaycandakı məşqçilərim kimi, buradakıların da məndən gözləntiləri dünyanın ən yaxşı komandalarında oynamağımdır. Hətta mənə deyirlər ki, Almaniya milli komandasında da oynaya bilərsən. Amma mən azərbaycanlıyam və ən böyük hədəflərimdən biri doğma ölkəmin yığmasında çıxış etməkdir.

- Gələcəkdə Almaniya Bundesliqasında oynamaq şansınızı necə dəyərləndirirsiniz?

- Artıq alman futbolu ilə tanışam və Bundesliqa mənə çox yaxındır. Almaniyanın yüksək Liqasında oynamaq əsas və ən yaxın hədəflərimdən biridir.

- Almaniyanın başqa klublarından sizə təkliflər var?

- Bəli, var. Amma hələlik mövsümün əvvəlidir. Ortada rəsmi anlaşma olmadığı üçün klub adı çəkmək istəmirəm.

- Azərbaycanda legioner həyatı yaşamaq istəyən, amma müəyyən səbəblərdən bunu reallaşdıra bilməyən həmyaşıdlarınıza nə məsləhət görərdiniz?

- Ən böyük məsləhətim odur ki, məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirsinlər. Məşqləri öz həyatlarında birinci sıraya qoysunlar. Ən əsası isə intizamlı olsunlar. Çünki futbolun açarı nizam-intizamdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib