Almaniyada sürücüləri hansı hallarda “səfehlər üçün test” keçməyə göndərirlər?
Berlin, 10 yanvar, AZƏRTAC
Almaniyada bəzi avtomobil həvəskarları parklama nəzarətçilərinə qarşı “müharibə”ni böyük “igidlik” hesab edirlər. Onlar müəyyən yerlərdə, məsələn öz restoranının yaxınlığında, piyadalar üçün nəzərdə tutulan zonada avtomobillərin parklanmasının qadağan olunmasını əsassız hesab edərək, öz maşınlarını bilərəkdən və nümayişkaranə şəkildə məhz həmin yerlərdə saxlayırlar.
AZƏRTAC xəbər verir ki, belə hallarda nəzarətçilər həmin sürücülər üçün adətən sadə, sonra isə ikiqat məbləğdə cərimə çekləri yazırlar. Lakin avtomobil həvəskarları bu cərimələri ödəməyə tələsmir və istədikləri ictimai yerdə parklama etmək hüququnu sübut etməyə çalışaraq nəzarətçiləri məhkəməyə verirlər.
Sürücü xüsusilə inadkarlıq etdikdə onu xalq arasında “səfehlər üçün test” (Idiotentest) deyilən tibbi-psixoloji müayinə keçməyə göndərirlər. Adətən bu cür müayinəyə sərxoş vəziyyətdə sükan arxasında əyləşənləri göndərirlər. Lakin parklama qaydalarını mütəmadi surətdə və inadkarlıqla pozan sürücülər də risk edirlər: onları da bu cür test keçməyə göndərə bilərlər. Belə şəxslərə sürücülük hüququndan məhrum edilmə cəzası tətbiq oluna bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]