Almaniyada xaricdən qayıdanların hamısı pulsuz testdən keçiriləcək
Bakı, 2 avqust, AZƏRTAC
Xarici ölkələrdən qayıdan Almaniya sakinləri avqustun 1-dən etibarən 72 saat ərzində könüllü surətdə pulsuz testdən keçə biləcəklər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, müvafiq sərəncamı AFR-in Səhiyyə naziri imzalayıb. Koronavirus testini həm aeroportlarda, həm də tibb müəssisələrində vermək mümkün olacaq. Qeyd edilir ki, hökumət testlərlə bağlı bütün xərcləri öz üzərinə götürür.
Bu qərar məzuniyyətlər və məktəb tətilləri mövsümünün başa çatması dövründə koronavirusun yayılmasına yol verməmək məqsədi daşıyır. Həmin dövrdə almanların bir çoxu digər ölkələrdən istirahətdən qayıdırlar.
Məlumatda, həmçinin bildirilir ki, yoluxma riskinin yüksək olduğu ölkələrdən qayıdan şəxslərə münasibətdə ciddi qaydalar tətbiq edilir. Onlar bu barədə yerli səhiyyə şöbələrini məlumatlandırmalı və 14 günlük özünütəcridə keçməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:33]
Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]