İDMAN
Almaniyalı atlet Florian Kahllund: Bakı ilk Avropa Oyunlarını keçirməyə layiq şəhərdir
Bakı, 18 iyun, S.İsgəndərova, C.Rüstəmov, AZƏRTAC
Azərbaycanın paytaxtı Bakı birinci Avropa Oyunlarını keçirməyə layiq şəhərdir. Mən şəhərinizin son illərdə sürətlə inkişaf etdiyi barədə məlumatları çox eşitmişdim, indi isə bu inkişafı öz gözlərimlə görürəm. Şəhərdəki səliqə-sahman çox xoşuma gəldi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ilk Avropa Oyunlarında Almaniyanı təmsil edən idmançı Florian Kahllund söyləyib. F.Kahllund Bakıda idmançılara yüksək diqqət və qayğı göstərildiyini, Atletlər Kəndində idmançılar üçün hər cür şərait yaradıldığını vurğulayıb. O deyib: “Biz görürük ki, ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri həyata keçirilib, ən xırda detallar belə nəzərə alınıb”.
Almaniyalı idmançı, həmçinin Azərbaycan mətbəxinin onun çox xoşuna gəldiyini deyib.