İDMAN
Almaniyanın kişi voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14354910953953443816_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143549109514022108_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354741675051128906_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354741675888469_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435474167551328105_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143547416710358531_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435474167587068267_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354741675658664404_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143547416721243251_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435474167538617890_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354881656003336707_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354881652415121562_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354881655753415954_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143548816533521735_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14354993306297540484_1200x630.jpg)
Dördüncü setdə 25:21 hesabı ilə qalib gələn Almaniya voleybolçuları birinci Avropa Oyunlarının çempionu olublar.
15:11
Gərgin keçən üçüncü setdə Bolqarıstan yığması 31:29 hesabı ilə qalib gəlib.
14:28
İkinci setdə də üstün oyun nümayiş etdirən almaniyalı voleybolçular 25:18 hesabı ilə qələbə qazanıblar.
14:05
“Baku Cristal Hall”da kişilər arasında voleybol yarışlarının final qarşılaşması başlayıb.
Qızıl medallar uğrunda Bolqarıstan və Almaniya milliləri mübarizə aparır. İlk setdə almaniyalı voleybolçular üstün olublar - 25:16.
14:00
Birinci Avropa Oyunlarında kişi voleybolçular arasında bürünc medal uğrunda görüş başa çatıb.
Azərbaycanlı baş hakim Eldar Əliyevin idarə etdiyi oyunda Rusiya və Polşa komandaları qarşılaşıb.
İlk setdə Rusiya millisi rəqibini 26:24 hesabı ilə üstələyib. İkinci setdə isə polşalı voleybolçular hesab arasındakı fərqə tarazlıq gətiriblər - 25:23. Ardıcıl iki setdə Rusiya millisi 25:23 hesabı ilə qələbə qazanıb.
Beləliklə, rəqibini 3:1 hesabı ilə məğlub edən Rusiya millisi birinci Avropa Oyunlarının bürünc medalına sahib olub.
11:47
Bakı, 28 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İlk Avropa Oyunlarının son günü “Baku Crystal Hall”-da kişi voleybolçulardan ibarət Polşa və Rusiya komandaları arasında bürünc medal uğrunda qarşılaşma keçirilir.
AZƏRTAC xəbər verir ki, görüşün birinci hakimi həmyerlimiz Eldar Əliyev, ikinci hakim isə Sergey Şlaypnikovdur.
Qızıl medal uğrunda oyunda isə Bolqarıstan və Almaniya milliləri qarşılaşacaq.