AMAZONKADA GƏMİNİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDƏ QURBANLARIN SAYI 15 NƏFƏRƏ ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 4-də Braziliyada Amazonka çayında sərnişin gəmisinin qəzaya uğraması nəticəsində qurbanların sayı 15 nəfərə çatmışdır. Təqribən 30 nəfər itkin düşmüş hesab olunur.
Bununla bərabər, “Komandante Sales” gəmisində cəmi neçə nəfər olduğu barədə dəqiq məlumat yoxdur. Gəmi Laqu-du-Peskeyru şəhərciyində keçirilmiş bayramın iştirakçılarını aparırdı. Bir ehtimala görə, gəmidə 110 sərnişin, digər ehtimala görə, 150 nəfər var imiş.
Braziliyada alovun söndürülməsindən tutmuş sularda insanların xilas edilməsinədək bir çox vəzifələri yerinə yetirən yanğınsöndürənlər etiraf edirlər ki, sağ qalanların tapılmasına ümid azdır. Faciənin baş verdiyi yerdə çayın dərinliyi yüz metrə çatır.
Gəmi Braziliyanın şimal ştatı Amazonasın inzibati mərkəzi Manaus şəhərinin 80 kilometrliyində Manakapuru yaşayış məntəqəsinin yaxınlığında suya qərq olmuşdur. Onlarca insan yaxınlıqda olan balıqçılar tərəfindən xilas edilmiş, bir çoxları üzə-üzə sahilə çata bilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]