ELM VƏ TƏHSİL
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda cari ilin ilk yarısının nəticələri müzakirə olunmuşdur
Bakı, 30 iyul (AZƏRTAC). AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda cari ilin ilk yarısının nəticələri müzakirə olunmuşdur.
Qeyd edilmişdir ki, institutun əməkdaşları 64-ü elmi məqalə, 9-u buklet olmaqla, 73 elmi əsər nəşr edilmişdir. Bunlardan 16-sı xaricdə çap olunan konfrans materialları və ya elmi məqalələrin toplusudur.
Ötən yarım illik tədqiqat dövründə Bioresurslar İnstitutunda Biomüxtəliflik və Beynəlxalq Təbiəti Mühafizə günlərinə həsr olunmuş (Naxçıvan Dövlət Universiteti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə) elmi konfranslar keçirilmişdir.
Həmçinin hesabat dövründə institutun əməkdaşları ərazi florasında məhv olmuş hesab edilən “Aristolochia bottae Jauber et Spach - Bitta zaravəndi” növünü aşkar edərək Azərbaycan florasına əlavə etmişlər.
Cari ilin ilk 6 ayında “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası” adlı kitab (V.Quliyev, T.Talıbov) hazırlanaraq nəşriyyata təqdim edilmişdir.