AMEA-nın Geologiya İnstitutunun əməkdaşı Almaniyada bir aylıq təcrübə keçəcəkdir
Bakı, 12 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun neft və qaz geologiyası və geofizikası şöbəsinin mühəndisi Aytən Xasayeva Cənubi Xəzər hövzəsinin dib çöküntülərinin geokimyəvi tədqiqi üzrə təcrübə toplamaq üçün Almaniyaya gedəcəkdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, A. Xasayeva Almaniyanın Kill şəhərindəki Okean Araşdırmaları üzrə GEOMAR Mərkəzində dənizin dib çöküntüləri ilə əlaqədar geokimyəvi sahələrin formalaşma xüsusiyyətlərini öyrənəcəkdir.
Bir aylıq təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Mobillik qrantı” layihəsi çərçivəsində təşkil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]