Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Mikayılov: Arzuladığım bütün obrazları səhnədə canlandırmışam

Bakı, 27 aprel, Məmməd Məmmədli, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, balet artisti Anar Mikayılov AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Bu sənətə marağınız haradan yaranıb?

-Uşaqlıqda qardaşım Bakı Xoreoqrafiya Akademiyasında oxuduğundan məndə də bu sənətə maraq oyandı. Ailəmiz belə qərara gəldi ki, məni də bu Akademiyanın balet bölməsinə qoysunlar. Əslində, mən milli rəqslə məşğul olmağı arzulayırdım. Amma baletlə məşğul olduqca bu sənəti sevməyə başladım. Məşqlər zamanı uşaqlar arasında hər zaman birinciliyə can atırdım.

-Balet əzaların texnikası və rəqsdən ibarətdir. Bunlardan hansına daha çox üstünlük verirsiniz?

-Texnikadan əlavə, burada aktyorluq məharəti də vacibdir. Buna obrazın daxili aləmini çatdırmaq bacarığı da deyərdim. Başqa növ tamaşada hansısa bir obrazı yaratmaq daha rahatdır. Balet isə elə bir sənətdir ki, sən sözlərdən istifadə etmirsən, jestlər vasitəsilə öz fikrini tamaşaçıya çatdırırsan. Bunlar olmasaydı baletmeysterə artist deyil, idmançı deyərdilər. Məncə, baletdə texnika da olmalıdır. Hərəkətlərdə bununla yanaşı obrazın malik olduğu bütün xüsusiyyətləri çatdırmaq əsasdır. Çünki bizim milli tamaşalarımızda obrazın xarakterini açmaq çox vacib məqamlardan biridir. Mənə gəlincə, həmişə şah rollarını ifa eləmişəm. Dünya klassikasından fərqli olaraq bizim şah obrazlarımız çox emosional olurlar.

-Siz həm də “Nəsimi” baletində Nəsimi obrazını canlandırmısınız...

-Bilirsiniz ki, ötən il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Nəsimi” baletinin premyerası oldu. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmişdi. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet bu əlamətdar hadisəyə Opera və Balet Teatrı kollektivinin töhfəsi idi. Tamaşa böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatından bəhs edir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı Azərbaycanın Əməkdar rəssamı Nüsrət Hacıyev, kostyumlar üzrə rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılovdur.

Səhnə əsərində rollarda teatrın balet truppasının aparıcı solistləri çıxış etdilər. Şair Nəsimi obrazını yaratmaq da mənə nəsib oldu. Çalışdım ki, Nəsiminin daxili əzmini, mübarizliyini, dözümünü insanlara çatdıra bilim. Elə düşünürəm ki, haradasa buna nail ola bildim.

-Rəqsin özülündə nə dayanır?

-Hər bir rəqsin özülündə balet var. Mənə hər hansı bir rəqsin adını deyin, onun baletini sizə anladım. Hətta milli rəqslərimizin ifaçıları oynamağa balet hərəkətlərindən başlayırlar. Modern rəqslərin hamısı baletdən bəhrələnir. Bədii gimnastikada da baletdən istifadə edirlər. Mənə görə bütün rəqslərin özülündə balet dayanır.

-İndiyədək yaratdığınız obrazlardan daha çox hansı sizin üçün unudulmazdır?

- -Mən demək olar ki, bütün tamaşalarda oynamışam. Bunlardan Maqsud və Rüstəm İbrahimbəyovlar qardaşlarının librettosu əsasında “Min bir gecə”də Şəhriyar, Şəhrizadənin sevimli qulduru obrazlarını oynamışam. Bu tamaşa bir çox ölkələrin teatrlarında səhnələşdirilib. Onu da qeyd edim ki, Azərbaycan səhnəsində baş rolu 10 ildir ki, mən ifa edirəm. Şəhriyar obrazı mənim ilk işim olduğundan ona çox bağlıyam. Bundan əlavə, “Yeddi gözəl”də Bəhram, “Qız qalası”nda Cahangir xan, “Rast” muğam-baletində Xan, Polad Bülbüloğlunun musiqisi əsasında səhnələşdirilmiş “Eşq və ölüm” baletində Azər obrazını canlandırmışam. Bundan əlavə, Fransada UNESCO-nun binasında, Rusiyada, Cənubi Afrika Respublikasında və digər ölkələrdə də qastrol səfərlərimiz olub. Makedoniyada Skopiyanın Milli Opera Balet Teatrında səhnələşdirilmiş “Anna Karenina” əsərindəki Stiv obrazı məndə daha xoş təəssüratlar yaradıb.

-Yəqin ki, hələ oynamaq istədiyiniz obrazlar da var?

- Demək olar ki, 18 illik karyeram boyu arzuladığım bütün obrazları səhnədə canlandırmışam. Son ifa etdiyim “Don Kixot” əsərində Basil obrazı xüsusilə yadda qalıb. Çünki bu obrazı oynamaq mənim üçün bir məqsəd idi. Bu rolun üzərində o qədər məşq etmişdim ki, hətta çəkimi də itirmişdim. Tamaşa zamanı zalda əyləşən oğlumun alqışlarından daha çox həvəslənirdim və mən özümdən ixtiyarsız tez-tez üzümü ona çevirirdim. Zəhmətim hədər getmədi və tamaşa uğurla başa çatdı.

-Karyeranızın uğurlu alınmasına görə daha çox kimə borclusunuz?

-Mən Azərbaycanın Əməkdar artisti Ramazan Arifulinin tələbəsiyəm. O, çox gözəl rəqqas olub. Ramazan müəllim uzun illər teatrımızın solisti kimi çalışıb. Hətta vaxtilə ulu öndər Heydər Əliyev onun rollarına tamaşa edərkən rəqslərini çox bəyənmişdir.

-Ailənizdə davamçınız varmı?

-Mən yaradıcı bir ailədə göz açmışam. Anam Sona Mikayılova Azərbaycanın Əməkdar artistidir. O, Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlamış, “İsmayıl bəyin sandıqçası” və “İmtahan” filmlərində Ana obrazını, “Sarı köynək” filmində Zəminə, “Dronqo” filmində Nərminə obrazlarını yaratmışdır. Qardaşım Mikayıl Mikayılov rejissor kimi fəaliyyət göstərir. Baletdə isə davamçım oğlumdur.

-Karantin dövründə sənətinizlə evdə necə məşğul olursunuz?

-Evdə qalmaq çətin olsa da, məşqlərimi davam etdirirəm. Hətta oğlumu da bu məşqlərə cəlb edirəm.

Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO