Andrey Babiş öz vəzifəsində qalır
Praqa, 28 iyun, AZƏRTAC
Çexiya Parlamenti Andrey Babişin hökumətinə etimadsızlıq göstərilməsi məsələsini 17 saata yaxın müzakirə edib. Qızğın debatlar gecədən xeyli keçənə qədər davam edib. Bununla belə, müxalifət hökuməti istefaya göndərmək üçün zəruri olandan 16 səs az toplaya bilib. AZƏRTAC xəbər verir ki, istefa barədə qərar qəbul edilməsi üçün 100 səs tələb olunduğu halda bu hökumətə etimadsızlıq göstərən deputatların sayı cəmi 85 nəfər olub.
Xatırladaq ki, Brüsseldə Andrey Babişin hökumətdə tutduğu vəzifə ilə biznes fəaliyyətini əlaqələndirməklə maraqlar münaqişəsi yaranması barədə auditor məruzəsi dərc ediləndən sonra müxalifət Babiş hökumətinə etimadsızlıq barədə məsələ qaldırmışdı.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]