ANQOLA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JOZE EDUARDU DUŞ SANTUŞA
Hörmətli cənab Prezident,
Anqola Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Anqola arasındakı münasibətlər, mövcud əlaqələrimiz bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2006-cı il.