Apreldə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 431 vətəndaş müraciət edib
Bakı, 6 may, AZƏRTAC
Cari ilin aprel ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 431 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı 26-sı məlumat üçün olmaqla 360 müraciət edilib.
Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat xarakterli olmaqla 60 müraciət olunub.
İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı isə 2-si məlumat üçün olmaqla 9 müraciət göndərilib.
Müraciətlərdən 146-sı agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (4 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 248 müraciət hazırda baxılma prosesindədir, 36 məlumat xarakterli müraciətdən 15-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]