AQTA və Gürcüstanın Milli Qida Agentliyi identifikasiya sistemi sahəsində təcrübə mübadiləsi aparıb
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Gürcüstanın Milli Qida Agentliyi arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə dair onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, sistemin tətbiqi və idarəolunması mexanizmləri, mövcud vəziyyəti, heyvanların izləniləbilənliyinin təmin edilməsi, eləcə də sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətləri barədə məlumat verilib.
Bununla yanaşı, görüşdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin epizootik nəzarətin gücləndirilməsi, heyvan xəstəliklərinin operativ aşkarlanması və qarşısının alınması, heyvanmənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi barədə də müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO
- 07.08.2026 [17:17]