Azərbaycan Dövlət İnformasiya Agentliyi

Araşdırmaçı jurnalist Elxan Salahov: Daşa yazılanlar yaddaşa yazılmalıdır

Bakı, 22 fevral, AZƏRTAC

Axar-baxarlı, həyətləri bağ-bağçalı, ətrafı yaşıl biçənəkli kəndimiz 259 evdən ibarət idi və Kəlbəcər rayonunu ən böyük yaşayış məskəni sayılırdı. Tarixi mənbələrə əsasən 400 ildən çox yaşı olan Başlıbel Dəlidağın ətəyində rayon mərkəzindən 64 kilometr məsafədə yerləşir, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə qərar tutub. 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzündən əvvəl 1996 sakini olan kənddə 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxana olub.

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahov bu sözləri AZƏRTAC-a verdiyi müsahibədə deyib.

Elxan Salahov həmin kəndin sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Kiçik qardaşı Elşad isə 1994-cü ildə Murovdağ əməliyyatı zamanı şəhid olub. O, mühasirə gündəliyindən ibarət “Qanlı kaha” kitabını qələmə almaq üçün bir neçə il hadisənin iştirakçılarını axtarıb, onlarla dəfələrlə görüşüb.

Müsahibimiz deyib: “1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu işğal edərkən yollar bağlanıldığından 62 nəfər kəndi tərk edə bilməyib. Onlar ermənilərin ətraf kəndləri işğal etməyindən gec xəbər tutaraq mühasirəyə düşüblər. Mühasirədən xilas olmağa başqa yol qalmadığından kahalarda yaşamağa məcbur olublar. Onların 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Erməni quldur birləşmələri kənd sakinlərinə məxsus evləri kütləvi surətdə qarət edib və tamamilə yandırıblar. Mühasirədə yaşamaq məcburiyyətində qalan sakinlərin arasında 4 yaşlı körpə də, 88 yaşlı qoca da olub. Onlar təxminən 3 kilometr aralıda kəndin ən hündür yerində dağ relyefli ərazidəki təbii mağaralara sığınaraq mühasirə həyatı yaşayıblar.

Bir-birindən 30-40 metr məsafədə - qayalarda yerləşən “Portda” kahasına sığınan kənd sakinləri aprelin 18-dək burada yaşayıblar. Ermənilər kəndə gəlmədiyi vaxtlarda və gecələr hələ yandırılmamış salamat qalan evlərə gedərək vedrə, qazan, çaydan, qəndqabı, stəkan-nəlbəki, müxtəlif həcmli su qabları və şüşə balonlar, bidon, “maşinka” adlandırdığımız neftlə işləyən qızdırıcı, qadın və uşaq geyimləri, ayaqqabılar, uşaq çəkməsi, yorğan-döşək və digər məişət əşyaları, bəzi evlərdə qalan un kisələrini, pendir, bal və digər ərzaqları toplayaraq kahaya gətirib və orada yaşayıblar. Aprelin 18-də kənddəki evləri yağmalamağa gələn ermənilər kahalardan gələn tüstünü, qurumaq üçün sərilən pal-paltarları görüb həmin ərazidə məskunlaşma olduğundan şübhələniblər. Sakinlərin sığındığı yeri müəyyən edəndən sonra erməni hərbçiləri tank və digər texnika ilə kahaları mühasirəyə alıb, müxtəlif çaplı silahlardan onların gizləndiyi mağaraları atəşə tutublar. Həmin gecə 18 nəfər sığındıqları yerdə qətlə yetirilib, 14 nəfər girov götürülüb. Gecə yarısı başlayan dəhşətli şaxta və çovğuna dözə bilməyən erməni quldurları kahaya sığınanları hamılıqla qətlə yetirdiklərini güman edərək ərazidən uzaqlaşıblar”.

Həmin hadisə barədə kitabın müəllifinin dediyinə görə, sağ qalanlar pərən-pərən düşdüklərindən bir neçə gündən sonra həmin ərazidən bir neçə kilometr aralıda yığışıblar: “Hadisədən 24 gün sonra aprelin 18-də qətlə yetirilən doğmalarını dəfn etmək üçün geri qayıdıblar və şəhidləri “Portda” kahasından bir qədər aralıda torpağa tapşırıblar. Yaralananlar və sağ qalanlar bir müddət kənddən xeyli aralıda olan “Nəbinin kahası”na, sonra “Barıtlı” kahaya sığınaraq mühasirə həyatını yaşamağa davam ediblər. Onlar Dəlidağın soyuq və qarlı qışında dəfələrlə düşmən hərbçiləri ilə üz-üzə gəliblər və günlərlə ac-susuz qalıblar. Ağır sınaqlardan, düşmən hərbçiləri ilə qarşılaşmalardan təsadüf nəticəsində sağ çıxan, müxtəlif təhlükələrdən sovuşan mühasirə iştirakçıları həmin günlərdə dağların-daşların, qayaların sinəsinə öz adlarını həkk etmişdilər ki, nə vaxtsa ora qayıdanlar onlardan soraq tuta bilsinlər, çünki hər gün, hər saat həyatlarını itirə bilərdilər...

113 gün çətin və məhrumiyyətlərlə dolu mühasirə həyatı yaşadıqdan sonra iyulun 17-də özlərinə sığınacaq seçdikləri kahaları tərk edərək Daşkəsən istiqamətində yola düşdülər. Çox böyük əzab-əziyyət bahasına gizli yollarla 7 gün yol gedəndən sonra Daşkəsənin Zivlən kəndinə yetişiblər. Onlardan yalnız 29 nəfəri 113 gündən sonra gizli yollarla işğal zonasından çıxaraq xilas olub”.

Başlıbel hadisəsindən 30 ilə yaxın vaxt keçəndən sonra bir neçə dəfə doğma kəndə üz tutan Elxan Salahov həmyerlilərinin faciəli taleyi barədə sənədli filmə ssenari də yazıb. Ötən ilin payızında həmin kənddə çəkilən sənədli film Qarabağ müharibəsinin ən ağrılı səhnələrindən birinə ekran həyatı verib. O, üzləşdiyi mənzərəni belə xatırlayıb: “Nə kənd həmin kənd deyildi, nə qoyub gəldiyimiz doğma yerlər... Başlıbel tam sakit və kimsəsiz görünürdü. Bir evin üstündə belə dam örtüyü qalmamışdı. Hər yerdə uçuq-sökük divarlar, yandırılmış tikililər, xaraba qalan binalar... Evləri tövlələrdən, tövləni evlərdən ayırmaq olmur. Elektrik və rabitə xətlərindən əsər-əlamət yoxdur, ermənilər dirəkləri, transformatorları da çıxarıb aparıblar. Kənd qəbiristanlığında düşmənin güllələmədiyi, zərər vurmadığı bir məzar da yoxdur, bütün başdaşıları sındırılıb, daşlar üzərindəki şəkillər gülləbaran edilib, bəzi qəbirlər isə vəhşicəsinə eşilib. Ermənilər sanki ölülərdən, məzar daşlarından da qisas alırmışlar”.

Həmin faciə nəticəsində Elxanın nənəsi Gülgəz Cəfərova qətlə yetirilib, kənddə qalan bibisi Pəri Salahova, bibisi oğlu Qənaət Ağamirov ermənilər tərəfindən işgəncə verilərək öldürülüb, bibisi nəvəsi Mahir Cəfərov isə kahada mühasirə həyatı yaşayıb.

Başlıbel faciəsi haqqında kitabın müəllifi söhbətinə davam edərək deyib: “Kəndə gedərkən “Portda” kahasından bir qədər aşağıda dəfn edilmiş mühasirə günlərinin qurbanlarının məzarlarına baş çəkdik, qəbirlərin ətrafında təmizlik işləri apardıq. Özümüzlə apardığımız qərənfilləri məzarların üzərinə düzdük, şəhidlərin ruhuna dualar oxuduq…Kəndi ziyarət edərkən 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik-leytenant Zaur Cəfərovun doğulduğu evin qalıqları üzərində Azərbaycan və Türkiyənin bayraqlarını qaldırdıq”.

“Dünyaya gəldiyin, torpağı üzərində ayaq açıb yeridiyin, havasını udub, suyunu içdiyin doğma kəndi viran edilmiş vəziyyətdə boş və kimsəsiz görmək çox ağırdır. Düşmən işğalından azad olunmuş hər daşı-divarı sənə əziz olan doğma kəndi yenidən görmək, onun torpağına üz sürtmək, küçələrini dolaşmaq, qurumuş ağaclarını qucaqlamaq başqa bir hissdir... Mən bu hissi yaşadığıma görə özümü xoşbəxt hiss edirəm. Lakin bu faciənin ictimailəşdirilməsi, beynəlxalq aləmə çıxarılması üçün mümkün olan bütün vasitələrdən istifadə edəcək və bu sahədə çalışanlara da hər cür kömək göstərməyə hazıram. Tarix xətrinə adlarını daşa yazanların başına gələnlər yaddaşlara yazılmalıdır”, - deyə araşdırmaçı jurnalist bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir