“ARAZ” FUTZAL KOMANDASI QARŞIDAKI YARIŞA CİDDİ HAZIRLAŞIR
Futzal üzrə UEFA kuboku uğrunda yarışların əsas mərhələsində Azərbaycan çempionu “Araz” komandasının mübarizə aparacağı qrupun oyunları Bakıda keçiriləcəkdir.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, artıq “Araz”ın ilkin heyəti açıqlanmışdır. Heyətə 16 futzalçı cəlb edilsə də, UEFA-ya göndəriləcək sifariş ərizəsində yalnız 14 futbolçunun adı yer alacaqdır.
“Araz”ın mübarizə aparacağı qrupun oyunlarını hakimlər-Yatsek Liqienza (Polşa), Petros Panaidis (Kipr), Sreten Vasiç (Serbiya) və Sergey Velikiy (Rusiya) idarə edəcəklər.
Komandamız sentyabrın 11-də İsveçin “Şkövde”, 12-də Bolqarıstanın “Nadin” və 14-də isə Slovakiyanın “Slov-Matik” komandaları ilə qarşılaşacaqdır.
Oyunlar Bakı İdman Sarayında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]