ARDNŞ-İN “İTOÇU” İLƏ ƏMƏKDAŞLIĞI YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Nümayəndə heyətinin başçısı Yoiçi Kobayaşi “İtoçu” şirkətinin Azərbaycanla 10 ildən artıq əməkdaşlıq etdiyini və həm neft, həm də qeyri-neft sektorlarında həyata keçirilən müxtəlif layihələrdə çalışdığını bildirmiş, bununla belə strateji əhəmiyyətinə görə BTC layihəsinə xüsusi önəm verdiklərini diqqətə çatdırmışdır. O, Bakıda keçirdiyi bütün danışıqlarda, xüsusilə Baş nazir Artur Rasizadə ilə görüşündə BTC kəmərinin istifadəyə verilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik etdiyini söyləmişdir.
Qonaq kəmərin rəsmi açılış mərasimində “İtoçu” korporasiyasının prezidentinin də iştirak edəcəyini və tədbirdən sonra Türkiyədən Bakıya gələcəyini bildirmiş, onun ARDNŞ rəhbərliyi ilə danışıqlar aparmaq istəyini açıqlamışdır. Daha sonra qonaq “Azəri-Çıraq–Günəşli” layihəsi üzrə işlərin cədvələ uyğun və büdcə çərçivəsində getməsindən məmnunluq duyduğunu söyləmişdir. O, eyni zamanda Azərbaycanın neft sektorunda gələcəkdə həyata keçiriləcək layihələrdə də iştirak etmək niyyətlərini dilə gətirmişdir.
Rövnəq Abdullayev ARDN-in gələcəkdə də “İtoçu” ilə əməkdaşlığa hazır olduğunu demişdir.
Görüşdə Qazaxıstan neftinin BTC vasitəsilə dünya bazarlarına çıxarılması məsələsinə də toxunulmuşdur.