Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Arkadi Qukasyan, Bako Sahakyan və Davit İşxanyanın həbsi ilə bağlı DTX-dən RƏSMİ AÇIQLAMA VİDEO

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi davam etdirilir.

DTX-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil olunmasına əsaslı şübhələr müəyyən edilib.

DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 2023-cü il oktyabrın 3-də saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.2-ci, 214.2.3-cü (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 214-3.2-ci (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3-ci (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb olunublar.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Arkadi Qukasyan, Bako Sahakyan və Davit İşxanyanın həbsi ilə bağlı DTX-dən RƏSMİ AÇIQLAMA VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada ilk dəfə göz yuvasından şiş çıxarılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Daşkəsəndə Şəhidlər xiyabanı ziyarət olunub

Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvar hadisələri zamanı şəhid olan sumqayıtlı alimlərin xatirəsi yad edilib

Gəncədə Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib VİDEO

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar şəhidinin atası: Oğlum əmisinin yolu ilə gedib, xalqına xidmət etmək istəyirdi

Bizdən ayrı düşənlərə borcumuzdur bu ehtiram... FOTOREPORTAJ

İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Zaqatalada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb VİDEO

Prokurorluq əməkdaşları 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad ediblər

Basketbol üzrə Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirib

Şəhidlərin xatirəsinə ehtiram

Gürcüstanda 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb

Abşeron rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı metrosunda qatarlararası intervalların azaldılması üçün atılacaq addımlar açıqlanıb

İmişlidə Şəhidlər xiyabanı ziyarət olunub VİDEO

AZƏRTAC-ın kollektivi Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Vüsal Aslanov: Metronun 4 kəsişmə stansiyası olacaq

Ceyhun Bayramov: Ermənistandan ciddi və əməli addımlar gözləyirik VİDEO

Komitə sədri İqdır valisi ilə görüşüb

Xankəndi və Xocalıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib VİDEO

Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib VİDEO

DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

Sabah hava şəraiti əsasən yağmursuz olacaq

Nizami rayonuna suyun verilməsi məhdudlaşdırılacaq

Sədr: 2024-cü ildə 230 milyon sərnişin metrodan istifadə edib VİDEO

Moldova Prezidenti Dnestryanı bölgəyə energetika böhranını aşmaq üçün kömək etməyə hazır olduğunu bildirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Ukrayna Milli Bankı qrivnanın məzənnəsini sabit saxlamaq üçün bir milyarddan artıq dollar satıb

Din xadimləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar xalqımızın milli azadlıq hərəkatının zirvəsidir

Səhiyyə Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

Naxçıvanın ilk və tək qazi qadını: 77 könüllü Vətən oğlunun tək bacısı mən idim

Səfər Qaraqoyunlu: 20 Yanvar qətliamı Can Azərbaycanın müstəqillik əzmini qıra bilmədi

Dövlət Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş karate turnirinə yekun vurulub

MSK sədri: Bələdiyyə seçkilərində 23 siyasi partiya iştirak edir VİDEO

Sərhədçilər 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Mərkəzi Gömrük Hospitalında Ümumxalq Hüzn Gününə həsr edilmiş anım mərasimi keçirilib

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib VİDEO

20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub

Şəhidlərimizin xatirəsi “20 Yanvar” meydanında anılıb

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Təbriz qəzeti 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib VİDEO

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib VİDEO

Azadlıq toxumu səpənlər - tamaşa-kompozisiya

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Azərbaycan Atçılıq Federasiyasının baş katibi: Xaricdən jokeylərin dəvət edilməsi üçün işlər görüləcək – MÜSAHİBƏ

20 Yanvar xalqımızın öz azadlığı uğrunda mübarizə tarixinin şərəfli səhifələrindədir

Türkiyə XİN: Qardaş Azərbaycanın müstəqillik uğrunda şəhid olan qəhrəmanlarını hörmət və rəhmətlə yad edirik

20 Yanvar faciəsi tarix boyu unudulmayacaq

“Turan Tovuz” tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Gənc nəsil bu tarixi öyrənməli və heç vaxt unutmamalıdır - Şərh

20 Yanvar faciəsi bəşəriyyətə qarşı törədilmiş terror aktıdır - Şərh

20 Yanvar şəhidlərinin ailələri sosial təminat sistemi ilə əhatə olunublar

“Turan Tovuz”la ev oyunu “Kəpəz”in iki futbolçusu üçün əlamətdar olub

İsveç portalı 20 Yanvar faciəsi barədə məqalə dərc edib

Tarixin ən zəngin boksçularının adları açıqlanıb

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

Hulusi Kılıç: Qara Yanvar hadisələri insanlığa qarşı cinayətdir

Bu gün Vaşinqtonda Trampın andiçmə mərasimi keçiriləcək

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

Təbrizdə Qanlı Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub

Səudiyyə Ərəbistanı klubu niderlandlı futbolçu üçün “Barselona”ya 50 milyon avro təklif edib

Xəzər dənizində zəlzələ qeydə alınıb

Vaşinqtonda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib VİDEO

Hər 45 dəqiqədə bir milyonçu Britaniyanı tərk edir

Zelenski: Ötən həftə Rusiya Ukraynaya 60 raket, 660-dan çox aviabomba, 55-ə yaxın dron atıb

“Aeroflot” aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib

Florentino Peres yenidən “Real Madrid" klubunun prezidenti olub

Mərakeş mediası 20 Yanvar faciəsindən yazıb

Yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı

Qlobal miqyasda quraqlıqların artması bütün dünya üçün təhlükədir - TƏDQİQAT

Ukraynada silah satışı ilə məşğul olan 15 nəfər saxlanılıb

Böyük Britaniya rəqəmsal sürücülük vəsiqələrini tətbiq etməyə hazırlaşır

İordaniya mediasında 20 Yanvar faciəsi barədə məqalələr yayımlanıb