Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
Kiyev, 2 iyul, AZƏRTAC
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir. Sənəd ölkələr arasında münasibətləri tənzimləyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Biz bütün əvvəlki mübahisələri bağlamağa və diqqəti gələcəyə yönəltməyə çalışırıq. Biz ölkələrimiz arasında münasibətləri yaxşılaşdırmaq istəyirik. Biz Ukrayna ilə digər qonşu ölkələrlə qüvvədə olan razılaşmalar kimi qlobal əməkdaşlıq sazişi imzalamaq istəyirik”, - deyə Orban bildirib.
Baş nazir, həmçinin əlavə edib ki, Budapeşt öz imkanlarına uyğun olaraq Ukrayna iqtisadiyyatının gələcək modernləşdirilməsində iştirak edəcək. Bugünkü dialoq gələcək ikitərəfli sənəd üçün əsas olmalıdır. Bütövlükdə sənəd ölkələr arasında münasibətləri tənzimləməli olacaq, onun əsasını isə Ukrayna ilə Macarıstan arasında ikitərəfli münasibətlərə güzgü yanaşması təşkil edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]