Salyanda minik avtomobilləri və traktor toqquşub, yaralılar var
Salyan, 2 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. İki minik avtomobili və traktorun toqquşması nəticəsində xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası Ələt-Astara avtomobil yolunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2107" traktora çırpılıb. Qəza nəticəsində xəsarət alanlar - Raziyə Quliyeva, Bəhram Quliyev, Kənan Cavadov və Fidan İsmayılzadə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.