“ASAN ödəniş” terminalları may ayında xidmət göstərməyəcək
Bakı, 10 may, AZƏRTAC
“ASAN xidmət” mərkəzlərində və ictimai yerlərdə quraşdırılmış “ASAN ödəniş” terminalları funksional imkanlarının genişləndirilməsi və profilaktik tədbirlərlə əlaqədar may ayı ərzində xidmət göstərməyəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşlar qeyd olunan müddət ərzində öz ödənişlərini www.asanpay.az və “ASAN ödəniş” sisteminə qoşulmuş ödəniş portalları üzərindən həyata keçirə bilərlər.
Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sistemi vasitəsi ilə təmin edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:28]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [19:29]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [18:53]