CƏMİYYƏT
“ASAN xidmət”dən növbəti sosial aksiya
![](/files/galleryphoto/2020/2/1200x630/15890107674933161024_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/1589010767143458873_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15890107676064439483_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15890107674734033954_1200x630.jpg)
Bakı, 9 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bakı şəhərindəki, eyni zamanda, Gəncə, Bərdə, Quba, Kürdəmir və Şəki regional “ASAN xidmət” mərkəzlərində qanvermə aksiyaları təşkil olunub.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışı və təşəbbüsü ilə keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş aksiyalar Dövlət Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərmək, onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Aksiyalarda “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, ASAN könüllüləri, həmçinin vətəndaşlar iştirak ediblər.
“ASAN xidmət” vasitəsilə cəmiyyətdə sosial həmrəyliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq bu cür aksiyalar və digər tədbirlər reallaşdırılır.