İQTİSADİYYAT
Asiya İnkişaf Bankı Azərbaycandakı texnologiya startaplarının ekosisteminə dair nəşrini təqdim edib
![](/files/galleryphoto/2022/3/1200x630/16669683991382555010_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666968399461332829_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669683993856935427_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669683994988117051_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669683991498013292_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669683996517558654_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669683991183823917_1200x630.jpg)
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Asiya İnkişaf Bankı (AİB) Azərbaycandakı texnologiya startaplarının ekosisteminə dair nəşrini təqdim edib.
AİB-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda texnologiya startaplarının ekosistemi: Bakı, Gəncə və Şamaxı” adlı nəşrdə adları qeyd olunan 3 şəhərdə bu sahənin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə bankın layihəyə cəlb etdiyi mütəxəssislərin tövsiyələri yer alıb. Tədbirdə AİB-nin ölkədəki nümayəndəliyinin rəhbəri Candice Mcdeigan, Asiya İnkişaf Bankının İqtisadi Araşdırmalar və Regional Əməkdaşlıq şöbəsinin iqtisadçısı Aimee Hampel-Milagrosa, AİB-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Səbinə Cəfərova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri Azər Bayramov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sədrinin müşaviri Ağahüseyn Əhmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sədrinin müşaviri Zaur Qardaşov, digər hökumət nümayəndələri, eləcə də təhsil, innovasiya və startaplar sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edib.
Nəşrin elektron versiyasını əldə etmək üçün: https://www.adb.org/publications/azerbaijan-ecosystem-technology-startups