ASK KORRUPSİYAYA QARŞI MÜBARİZƏ ÜZRƏ KOMİSSİYA İLƏ BİRGƏ LAYİHƏNİ DAVAM ETDİRİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASK Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ilə birlikdə “Azərbaycan Respublikasının regionlarında sahibkarlar arasında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı maarifləndirmə və məlumatlandırmanın təşkili” adlı layihənin həyata keçirilməsini davam etdirir.
Layihənin məqsədi regionlarda sahibkarların şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlandırılması və maarifləndirmənin təşkili və təmin edilməsidir.
Bunun üçün respublikanın ayrı-ayrı regionlarında - Gəncə, Lənkəran, Qusar, İmişli və Kürdəmir şəhərlərində birgünlük seminarlar təşkil olunur. Seminarlarda iştirakçılara şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı məlumatlar, Dövlət Proqramının və şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın şərhini əks etdirən tədris materialları təqdim edilir.
İlk seminarlar aprelin 23-də Qusar, 25-də isə Lənkəran şəhərində keçirilmişdir. Tədbirlərdə 25 sahibkar subyekti əməkdaşı, Qusar və Lənkəran şəhər icra hakimiyyətinin və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Növbəti seminarlar mayın 6-da Kürdəmirdə, 7-də İmişlidə, 8-də Gəncədə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]