AŞPA-nın payız sessiyasının plenar iclası işə başlayıb
Strasburq, 30 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 30-da qurumun Büro iclası ilə başlayaraq, siyasi qrupların iclasları ilə davam edib.
AZƏRTAC xəbər verir ki, sonra payız sessiyasının plenar iclasında toplaşan avropalı parlamentarilər AŞPA prezidentinin müraciətini dinləyiblər. Plenar iclasda Assambleyanın Belçika və San-Marino üzrə vitse-prezidentlərinin seçkisi keçirilib.
Plenar iclas komitələrin tərkibindəki dəyişiklikləri nəzərdən keçirməklə davam edib. Təcili debatlarla bağlı tələb olunan mövzulara baxılıb. Təcili debatlar üçün “Rusiya-Ukrayna müharibəsi nəticəsində itkin düşmüş şəxslər: hərbi əsirlər və əsirlikdə olan mülki şəxslər”, “Qəzzada qadınların və uşaqların sağlamlıq və humanitar vəziyyətinin aktuallığı” kimi mövzular irəli sürülüb. Parlamentarilər müzakirələrdən sonra payız sessiyasının gündəliyini təsdiqləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]