ASTANADA “AVRASİYA İQTİSADİ KLUBU” TƏSİS EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın İqtisadiyyat və Büdcə Planlaşdırılması Nazirliyinin təşəbbüsü ilə Avrasiya regionunda iqtisadi problemlərin tədqiqi, baş verə biləcək maliyyə böhranının qarşısının alınması məqsədi ilə Astanada ”Avrasiya iqtisadi klubu” yaradılmışdır.
Bu münasibətlə keçirilən “dəyirmi masa”da Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstan alimləri yeni qurumun nizamnaməsini və funksional imkanlarını müzakirə etmişlər.
Qazaxıstanın Baş naziri Kərim Məsimovun və Avrasiya İqtisadi Birliyinin Baş katibi Tahir Mansurovun iclas iştirakçılarına təbrik məktubları oxunmuşdur.
İclasda postsovet məkanında bu sahədə işləyən alimlərin səylərinin birləşdirilməsi və iqtisadi problemlərin həllində hökumətə hər cür kömək etməyə hazır olması vurğulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]